Bizə yazın
Bütün məqalələr /

Mənə bilet gəlməyib

Bilet (və ya marşrut qəbzi) adətən alışdan sonra 3 saat ərzində rezervasiya göstərdiyiniz elektron poçta göndərilir.Bəzən məktublar "spam" qovluğuna düşür, ona görə də "spam"ı da yoxlayın.

"Spam" qovluğunda da yoxdur

"Spam"ı yoxladınız? Orada da yoxdur? Əgər 3 saatdan çox keçibsə, demək, poçt ünvanınızda səhvə yol vermisiniz. Bileti aldığınız satıcıya yazın və ya zəng edin. Satıcı şirkət bileti düzgün poçt ünvanına göndərəcək.

Bilet satıcısı ilə necə əlaqə saxlamaq olar
Əlaqə məlumatlarını görmək üçün aviaşirkətin və ya agentliyin adını daxil edin

Satıcı yadımda deyil

  1. İnternet bankdan əməliyyat haqqında çıxarışı və ya pulun çıxılması barədə SMS-i yoxlayın — orada bileti bron etdiyiniz satıcının adı var.
  2. Satıcının əlaqə məlumatlarını tapın və onunla əlaqə saxlayın.
  3. Adınızı, soyadınızı, səyahət tarixlərini və istiqaməti bildirin.
  4. Satıcı sizin bronunuzu tapacaq və marşrut qəbzini düzgün elektron poçt ünvanınıza göndərəcək.
Bilet satıcısı ilə necə əlaqə saxlamaq olar
Əlaqə məlumatlarını görmək üçün aviaşirkətin və ya agentliyin adını daxil edin

Əgər sizə bizim köməyimiz lazımdırsa, «Əlaqə məlumatı» bölməsində aşağıda qeyd olunan əlaqə məlumatları vasitəsilə bizə yazın. Mesajda vəziyyəti təsvir edin, bilet üçün pul çıxılması haqqında SMS-in və ya bankdan əməliyyat çıxarışının ekran görüntüsünü əlavə edin. Biz problemi həll etməyə kömək edəcəyik.

Məqaləmiz sizə kömək etdimi?
Əlaqə məlumatı
Dəstəklə əlaqə saxlamaq üçün profilə daxil olun