Bizə yazın
Bütün məqalələr /

Uşaq biletini necə almaq olar

"Aviasales"də tək böyüklər üçün deyil, uşaqlar üçün də bilet almaq olar. Bunun üçün axtarışa başlamamışdan öncə sərnişin sayını göstərmək lazımdır. Sərnişin kateqoriyalarına böyüklər, 2 yaşdan 11 yaşa qədər uşaqlar və 2 yaşa qədər körpələr daxildir. Müvafiq məlumatları daxil edib, "Bilet tapmaq" düyməsini basandan sonra çıxan nəticələrdə biletlərin qiyməti əlavə olunmuş bütün sərnişinləri (uşaqlar və körpələr də daxil olmaqla) əhatə edir.

2 yaşa qədər körpələr üçün biletlər ya tam pulsuz, ya da 90%-dək endirimli olur. Buna baxmayaraq, səfər edəcək sərnişinlərin sayını göstərməli olduğunuz üçün körpələri də sərnişin sayında qeyd etməlisiniz. Körpələr adətən qucaqda uçurlar, onlar üçün ayrı oturacaq nəzərdə tutulmur, hər körpəyə 1 əl yükü hesablanır, bəzən isə baqaj da mümkün olur. Hər bir halda bu detalları biletin ödənişini etməmişdən öncə aviaşirkətlə dəqiqləşdirmək lazımdır.

Əksər aviaşirkətlərdə belə bir qayda var ki, bir böyüklə yalnız bir körpə qucaqda uça bilər. Əgər bir böyük sərnişin iki körpə ilə uçarsa, onların hər ikisi qucaqda uça bilməz – körpələrdən biri üçün ayrıca oturacaqlı uşaq bileti alınmalıdır.

2-12 yaş aralığında olan uşaqlar üçün adətən tarifdən 25-70%-ə qədər endirim təklif olunur. Onlara ayrıca oturacaq və böyüklər üçün nəzərdə tutulmuş baqaj həcmi verilir. Müxtəlif aviaşirkətlərin qaydaları fərqli ola bilər, buna görə də uşaq biletləri üçün şərtləri aviaşirkətlərin qaydalarında dəqiqləşdirin.

12, bəzən isə 16 yaşdan etibarən uşaq böyüklər kateqoriyasına aid edilir. Bu halda, aviaşirkətlə dəqiqləşdirmək lazımdır ki, hansı yaşdan etibarən uşaqlara da böyük biletləri alınmalıdır.

Əgər artıq əldə etdiyiniz biletə sərnişin olaraq uşaq əlavə etmək istəyirsinizsə, satıcı şirkət ilə əlaqə saxlayın. Satıcının adı biletdə göstərilir. Nəzərə alın ki, uşaqlar üçün bilet ayrıca alına bilməz. Uşaqlar və böyüklər üçün bilet birlikdə alınmalıdır.

Bilet satıcısı ilə necə əlaqə saxlamaq olar
Əlaqə məlumatlarını görmək üçün aviaşirkətin və ya agentliyin adını daxil edin

Uşaq tək uça bilərmi

2 yaşdan 12, bəzən isə 16 yaşadək uşaqlar

İki yaşına qədər körpələri, məlum səbəblərdən, böyüklərsiz təyyarəyə buraxmırlar, lakin 5-dən 16 yaşadək uşaqlar tək uça bilərlər — belə sərnişinlər üçün aviaşirkətlər "Müşayiət olunmayan uşaqların daşınması" xidmətini təqdim edirlər. Bu xidmət "Uşağın müşayiəti" və ya "Unaccompanied minor" adlana bilər.

Xidmət ödənişlidir və satıcı və ya birbaşa aviaşirkət vasitəsilə sifariş oluna bilər. İlk növbədə, uçuş qaydalarını və xidmətin göstərilmə şərtlərini dəqiqləşdirmək üçün aviaşirkətlə əlaqə saxlayın.

Uçuş üçün lazım olan sənədləri aviaşirkət ilə dəqiqləşdirin. Doğum haqqında şəhadətnamə, viza, həmçinin hər iki valideyndən notarial qaydada təsdiq olunmuş icazə tələb oluna bilər. Əgər uşağın ciddi sağlamlıq problemləri varsa, onun vəziyyəti və diaqnozu ilə bağlı tibbi arayış tələb oluna bilər – sənədlərin siyahısını və uçuşun mümkünlüyünü əvvəlcədən daşıyıcıdan dəqiqləşdirmək daha yaxşıdır.

Daxili reyslərdə uşağı yola salanlar və ya qarşılayanlar yalnız valideynlər deyil, digər qohumlar, ailə dostları, yay düşərgəsi və ya məktəb işçiləri də ola bilər. Əsas odur ki, aviaşirkət bu şəxsin kim olduğunu bilsin və onun hava limanına gələndə şəxsiyyətini təsdiq edən sənədləri olsun.

Əksər hallarda, əgər uşaq ölkə xaricinə uçmaq üçün müşayiət olunursa, onu hava limanına aparmaq və reysə qeydiyyatdan keçirmək yalnız qanuni nümayəndələr tərəfindən mümkündür: valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayədarlar və ya qanuni nümayəndələrin notarial qaydada verdiyi etibarnamə ilə təmsil olunan şəxslər.

Bu halda, uşağı reysə yalnız hava limanında oflayn şəkildə qeydiyyatdan keçirmək mümkündür.

12 yaşdan yuxarı uşaqlar

12 yaşdan yuxarı uşaqlar artıq böyüklər kateqoriyasında sərnişin sayılır və təkbaşına səyahət edə bilərlər, lakin bəzi aviaşirkətlər böyük sərnişin kateqoriyası üzrə minimal yaş həddi 16-dır. Bundan başqa, səfər edilən ölkədən asılı olaraq, hər iki valideyndən notarial qaydada təsdiq olunmuş uçuş icazəsi tələb oluna bilər.

Bileti almamışdan əvvəl uşağın səfər edəcəyi ölkənin qaydaları və aviaşirkətin şərtləri ilə diqqətlə tanış olun.

Məqaləmiz sizə kömək etdimi?
Əlaqə məlumatı
Dəstəklə əlaqə saxlamaq üçün profilə daxil olun