Bütün məqalələr /

Uşaq biletini necə almaq olar

Aviasales-də böyüklər üçün biletlə yanaşı, uşaq üçün də bilet tapa bilərsiniz. Əsas ekranda, səfərin istiqamətini və tarixlərini göstərdiyiniz yerdə sərnişin kateqoriyasını seçin.
Axtarışdan sonra siz uşaqlar üçün biletlər də daxil olmaqla bütün biletlərin ümumi qiymətini görəcəksiniz.
2 yaşdan kiçik körpələr 90% endirimlə, bəzən hətta tamamilə pulsuz uça bilər. Bu halda da uşaq üçün, onun öz adına, bilet alınır, amma tam ödəniş çıxılmır. Körpələrə oturacaq düşmür, onlar bütün uçuşu böyüklərin qucağında keçirməlidir. Adətən onlar üçün bir əl yükü yüri nəzərdə tutulur, bəzi tariflərdə isə – baqaj da daxildir. Qaydaları aviaşirkətlə dəqiqləşdirin.
Aviaşirkətlərin də bir qaydası var - yersız yalnız bir körpə bir böyük ilə uça bilər. Bir böyük iki körpə ilə uçursa, körpələrdən biri ayrıca oturacaqlı uşaq bileti almalı olacaq.
2 yaşdan 12 yaşa qədər uşaqlar üçün biletin qiyməti adətən gediş haqqının 30%-nə, bəzən isə 50%-ə qədər artır. Onlara oturacaq və baqaj yeri verilir. Aviaşirkətlərin qaydaları fərqlənə bilər, uşaq biletləri haqqında məlumatı aviaşirkələ dəqiqləşdirin.
12, bəzən isə 14, yaşdan etibarən sərniçin böyük sayılır.
Tək uşaq üçün bilet ala bilməzsiniz, uşaqlar böyüklərlə uçmalıdır. Lakin bir çox aviaşirkətlər öz nəzarətləri altında müşayiət xidməti göstərir. Əgər siz artıq alınmış biletə uşaq əlavə etmək istəyirsinizsə, satıcı ilə əlaqə saxlayın. Biletdə şirkətin adı qeyd olunur.
Bilet satıcısı ilə necə əlaqə saxlamaq olar
Əlaqə məlumatlarını görmək üçün aviaşirkətin və ya agentliyin adını daxil edin

Uşaq tək uça bilərmi

5-12 yaş arası uşaqlar
5-12 yaş arası uşaqlar təyyarədə böyüklər olmadan uça bilər. 2 yaşadək körpələr isə, məlum səbəblərdən, təyyarəyə tək buraxılmır. 2-5 yaş arası uşaqlar üçün isə aviaşirkətlərin qaydaları fərqlidir, buna görə, alışdan əvvəl qaydaları seçdiyiniz aviaşirkətin saytında dəqiqləşdirmək lazımdır.
Uşağın tək uçması üçün siz “Daşıyıcının nəzarəti altında müşayiət olunmayan uşağın daşınmasının təşkili” və ya “Uşağı müşayiət etmə xidməti” xidmətindən istifadə edə bilərsiniz.
Müraciət etmək üçün birbaşa aviaşirkətlə əlaqə saxlamalısınız.
Uşağın ciddi sağlamlıq problemləri varsa, onun vəziyyəti haqqında tibbi arayış təqdim etmək lazımdır.
Uşaqlar ancaq valideynlər deyil, həm də digər qohumlar, ailə dostları və ya yay düşərgəsi və məktəb işçiləri ilə ölkədaxili reyslə uça və ya uçuşdan qarşılana bilərlər. Əsas məsələ, aviaşirkətin bu sərnişin haqqında məlumatı olmasıdır. Hava limanına gəldikdə, sərnişinin üzərində şəxsiyyətini bildirən sənədlər olmalıdır.
Müşayiətsiz uşağın beynəlxalq istiqamətdə səyahəti zamanı yalnız qanuni nümayəndələr uşağı yola salınan hava limanına çatdıra və reysə qeydiyyatdan keçirə bilər: valideynlər, övladlığa götürənlər, qəyyumlar və ya uşağın notarial qaydada təsdiq edilmiş nümayəndələri. qanuni nümayəndələrdən etibarnamə.
Bu halda, uşağı reysə ancaq hava limanında qeydiyyatdan keçirmək mümkündür.
12 yaş və yuxarı uşaqlar
12 yaşından başlayaraq uşaq artıq yetkin sərnişin hesab olunur və müstəqil şəkildə ölkədən kənara səyahət edə bilər. Amma bəzi aviaşirkətlər bu yaşı 14 qaldırır. Həmçinin, gəldiyiniz ölkənin qaydalarından asılı olaraq, 18 yaşına çatmamış və tək səyahət edən sərnişindən hər iki valideynindən notarial qaydada təsdiq edilmiş sənəd tələb edilə bilər.
Qaydaları aviaşirkətlə bilet almamışdan öncə dəqiqləşdirin.
Məqaləmiz sizə kömək etdimi?