Axtarış forması
- Haradan və hara uçmaq istədiyinizi göstərin.
- Uçuş və qayıdış tarixini seçin - “Gediş” və ya “Dönüş” pəncərəsini bassanız təqvim açılır.
- Siz yalnız bir istiqamətdə uçacaqsınız? “Dönüş bileti lazım deyil” düyməsini basın.
- Sağdakı sahədə böyüklərin, uşaqların (2 yaşdan 12 yaşa qədər) və körpələrin (2 yaşa qədər) sayını göstərin. Orada xidmət sinfini seçmək olar - Ekonom, Komfort, Biznes və ya Birinci sinif.
- Gəliş şəhərində otelləri axtarmaq üçün “Booking.com yeni pəncərədə açın” qutusunu işarələyin.
- Hər şeyi etdiniz? Böyük narıncı düyməni basın - “Bilet tapmaq”.


Axtarış nəticələri
“Bilet tapmaq” düyməsinə basıldıqdan sonra ilk nəticələr axtarış tamamlanmadan əvvəl ekranda görünəcək. Bütün biletləri, o cümlədən ən ucuzları görmək üçün axtarışın bitməsini gözləyin. Uzun çəkmir - maksimum 30 saniyə.
Qrafik və qiymət cədvəli
Qrafik və cədvəli yaxın tarixlərə və ya digər aylara olan qiymətlərlə müqayisə etmək üçün istifadə edin. Orada son həftə ərzində digər istifadəçilər tərəfindən tapılmış ən ucuz qiymətləri göstəririk. İstiqamət nə qədər populyar olsa, bir o qədər çox qiymət göstərlir.

Filtrlər
Filtrlərdən istifadə edərək, köçürülmə sayı, gediş və gəliş vaxtı, baqaj, köçürülmə müddəti, hava limanları, aviaşirkətlər və digər parametrləri seçərək özünüzə uyğunlaşıra bilərsiniz. Aviasales saytında filtrlər axtarış zamanı ekranın sol tərəfindədir, tətbiqdə isə “Filtrlər” düyməsi ekranın aşağı hissəsində yerləşir.

Faydalı məsləhətlər
- Biletləri birbaşa gediş-gəliş almaq ayrı-ayrılıqda almaqdan daha sərfəlidir.
- Təqvimdə ən ucuz biletləri olan tarixlərin yaşıl olduğunu görəcəksiniz.
- Aviaşirkətlərin çoxu 2 yaşadək körpələrə yer verilməməsi şartilə endirimli biletlər təklif edir. Bu o deməkdir ki, körpə valideynin qucağında uçur. Aviaşirkətlərin bir qydası da var – körpələr ancaq boyüklərlə birgə uça bilər. Bir böyük iki körpə ilə uçursa, körpələrdən birinə yerli tam bilet alınmalıdır.
- Siz ancaq istiqaməti deyil, lazım olan hava limanını da qeyd edə bilərsiniz. Bunun üçün şəhəri qeyd edin və lazım olan hava limanını seçin.
Biletin alınması
Bilet almağa keçməzdən əvvəl bilet kartına baxın.- Sərnişinlərin ad, soyad, pasport məlumatını doğru qeyd etdiyinzdən əmin olun. Yazı səhvlərini düzəltmək çox vaxt ödənişlidir.
- Getdiyiniz ölkənin viza, passport və kovid tələblərin yoxlayın – tələblər tez-tez dəyişir. Paposrtunuzun bitmə vaxtının getdiyiniz ölkənin tələblərinə uyğun olduğunu dəqiqləşdirin.
- E-mail ünvanınızı düzgün daxil etdiyinizi yoxlayın – əgər onun yazılışında səhv etsəniz, bilet gəlməyəcək və onu əldə etmək üçün satıcı ilə əlavə əlaqə saxlamalı olacaqsınız.
- Və nəhayət, gediş və gəliş tarixlərini, şəhərləri və hava limanlarını yoxlayın — hər ehtimala qarşı.