Axtarış forması
- Haradan və hara uçmaq istədiyinizi qeyd edin.
- Uçuş və qayıdış tarixini seçin — təqvim «Nə vaxt» və ya «Geri» pəncərəsini basdıqda açılır.
- Siz yalnız bir istiqamətdə uçacaqsınız? «Dönüş bileti lazım deyil» düyməsini basın.
- Sağdakı sahədə böyüklərin, uşaqların (2 yaşdan 12 yaşa qədər) və körpələrin (2 yaşa qədər) sayını göstərin. Orada xidmət sinfini də seçə bilərsiniz — Ekonom, Komfort, Biznes və ya Birinci sinif.
- Getdiyiniz şəhərdə hotel tapmaq üçün "Booking.com yeni pəncərədə açılsın" yazısının yanındakı xananı klikləyin.
- Hər şeyi etdiniz? Sonda "Bilet tapmaq" düyməni basmaq lazımdır.
Axtarışdan əvvəl ölkəni və valyutanı seçin. Bunun üçün pəncərənin yuxarı sağ küncündə qlobus işarəsinə tıklayın. Əgər tətbiqdə axtarış edirsinizsə, axtarışdan əvvəl profilinizdəki "Regional parametrlər" hissəsində ölkənizi qeyd edin. Bu halda sizə uyğun biletləri və tərəfdaşları görəcəksiniz.
Tətbiqdə axtarış haradan və hara uçacağınızı və tarixləri qeyd etdikdən sonra başlayacaq.
Axtarış nəticələri
"Bilet tapmaq" düyməsini basdıqdan sonra bir az gözləyin. Bir neçə saniyə sonra axtarışın nəticələri ekranda peyda olacaq.
Axtarışın nəticələrində aviaşirkətlər və agentliklərdən topladığımız və sizin qeyd etdiyiniz məlumatlara uyğun reysləri görə bilərsiniz. Hər reysin qiyməti, gediş və çatma vaxtı, səfər tarixi, hava limanları, tranzit sayı, səfər müddəti, əl yükü və baqajın olub-olmaması haqda məlumatlar da nəticələrdə qeyd olunur.
Saytda və tətbiqdə mövcud olduğu halda birbaşa uçuşları və digər uçuş variantlarını da göstəririk. Siz isə təqdim etdiyimiz çoxsaylı təkliflər arasında müqayisə edib, ən sərfəli, tez və rahat variantı seçirsiniz.
Uçuş barədə detalları axtarış nəticələrində təqdim edirik. Daha çox məlumat vermək üçün xüsusi bloklar və nişanlardan istifadə edirik:
- simvollar: qum saatı (uzun tranzit gözləməsi), aypara (gecə tranziti), üzərindən xətt çəkilmiş iki paralel xətt (tranzit reys digər hava limanından uçur), qaçan insan (qısa tranzit gözləməsi);
- beyclər: birbaşa, ən ucuz və ya ən rahat reyslər;
- "Birbaşa reyslər" bloku: seçdiyiniz istiqamət üzrə bir neçə aviaşirkət birbaşa uçuş həyata keçirərsə, axtarış nəticələrindən yuxarıda yerləşən siyahı.
Tarif, baqaj və marşrut haqqında ətraflı məlumat almaq üçün biletin üzərinə tıklayın. Reysin nömrəsini və uçuşların statistikasını görmək üçün "Daha ətraflı" düyməsinə basın. Tərəfdaşlarımızdan əldə etdiyimiz bütün məlumatları açılan pəncərədə görəcəksiniz.
Qiymət qrafiki və cədvəli
Bir-birinə yaxın tarixlərə olan biletlərin qiymətlərini müqayisə etmək üçün qrafikdən istifadə edin. Bir neçə ayın qiymətlərinə baxmaq üçün isə cədvəldən istifadə etmək mümkündür. Burada biz qeyd etdiyiniz istiqamət üzrə istifadəçilər tərəfindən son həftə ərzində tapılan minimal qiymətləri göstəririk. İstiqamət nə qədər populyar olsa, qrafikdə və cədvəldə bir o qədər çox qiymət göstəriləcək.
Filtrlər
Filtrlərdən istifadə edərək axtarışı özünüzə uyğunlaşdıra bilərsiniz. İstədiyiniz tranzit uçuş sayını, uçuş müddətini, baqaj və tarif şərtlərini, hava limanlarını və digər parametləri öncədən qeyd edə bilərsiniz. Saytda filtrlər bloku axtarış nəticəsi səhifəsinin sol tərəfində, tətbiqdə isə – axtarış naticələrinin üzərində yerləşir.
Nəticələri fərqli parametrlər üzrə çeşidləyə də bilərsiniz: öncə tövsiyə olunanlar və ya ən ucuz biletlər görünsün? Səfər müddəti, populyarlıq və digər parametrlərə əsasən də çeşidləmək olar. Saytda "Çeşidləmə" filtrlərin altında, sol tərəfdə, tətbiqdə isə axtarış nəticələrinin üstündə yerləşir. Çeşidləmə ilə axtardığınız bileti daha asan və sürətli tapacaqsınız. Filtrləri və çeşidləməni istədiyiniz vaxt dəyişə və ləğv edə bilərsiniz.
Faydalı məsləhətlər
- Gediş-dönüş biletlərini birlikdə almaq, onları ayrı-ayrılıqda almaqdan daha sərfəlidir.
- Təqvimdə ən ucuz biletlərin olduğu tarixlər yaşıl rənglə qeyd olunub.
- Əksər aviaşirkətlər qucaqda uçan 2 yaşına qədər uşaqlar üçün biletlərə böyük endirim edirlər. Bu o deməkdir ki, uşaq üçün ayrıca oturacaq nəzərdə tutulmur. Həmçinin aviaşirkətlərin qaydasına əsasən, bir böyüklə yalnız bir körpə qucaqda uça bilər. Əgər bir böyük sərnişin iki körpə ilə uçarsa, onların hər ikisi qucaqda uça bilməz – körpələrdən biri üçün ayrıca oturacaqlı uşaq bileti alınmalıdır.
- Siz yalnız şəhəri deyil, həm də konkret hava limanını seçə bilərsiniz. Bunun üçün şəhəri daxil edib lazım olan hava limanını göstərin.
Bilet alışı
Bileti almamışdan əvvəl axtarış nəticələrində seçdiyiniz reysin üzərinə klikləyin və burada qeyd olunmuş bütün məlumatları diqqətlə oxuyun. Reys barədə – uçuşu həyata keçirən aviaşirkət, uçuş və eniş şəhərləri, eləcə də baqajın olub-olmaması haqda ətraflı məlumat almaq tövsiyə olunur. Əgər baqaj seçimi yoxdursa, bu o deməkdir ki, satıcı bizə baqajsız tarif təqdim edib və baqajı sonradan satıcının saytında bron zamanı əlavə etmək mümkündür.
Uyğun bileti seçin və fərqli satıcılardan olan təklifləri nəzərdən keçirin. Bəyəndiyiniz təklifin yanında olan narıncı düyməni basın — biz sizi satıcının saytına yönləndirəcəyik. Orada sərnişinlərin məlumatlarını, telefon nömrənizi və elektron poçt ünvanınızı daxil edin.
Bütün məlumatları bir daha yoxlayın:
- Adlar, soyadlar və sərnişinlərin pasport məlumatlarını düzgün daxil etdiyinizə əmin olun. Satışdan sonra da yazı səhvlərini düzəltmək mümkündür, amma çox vaxt bunun üçün əlavə ödəniş etmək lazım gəlir.
- Pasportun etibarlılıq müddətinin getdiyiniz ölkənin tələblərinə uyğun olduğundan əmin olun, həmçinin giriş qaydalarını da bir daha yoxlayın — viza tələbləri dəyişmiş ola bilər.
- Elektron poçt ünvanını diqqətlə yenidən oxuyun — əgər yazıda səhv etsəniz, bilet sizə çatmayacaq və onu əldə etmək üçün satıcı ilə əlavə əlaqə saxlamalı olacaqsınız.
- Sonda tarixləri, şəhərləri və hava limanlarını bir daha yoxlayın — sadəcə ehtiyat üçün.
Və ən son addım — ödəniş edin. Satıcı bileti sizə satın aldıqdan sonra elektron poçt vasitəsilə göndərəcək.